AZ

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib

Bakı. Trend:

Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkarinkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyitəşəbbüsləri davam etdirir. Bu məqsədlə bankla Təhsil Tələbə KreditFondu arasında ötən il əməkdaşlıq memorandumu imzalanıb vətələbələr üçün müxtəlif inkişaf və maarifləndirici tədbirlər təşkiledilir.

Əməkdaşlığın davamı olaraq 25 fevral 2026-cı il tarixində TəhsilTələbə Kredit Fondunun təhsil kreditindən yararlanan tələbə vəməzunları üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusundatəlim keçirilib. Təlim Kapital Bank-ın İstedadların idarə edilməsidepartamentinin İstedadların cəlbi və seçimi şöbəsinin müdiriNərgiz Əzimova tərəfindən aparılıb.

Təlim zamanı iştirakçılar karyera planlaması, şəxsi brendinformalaşdırılması, əmək bazarının tələbləri və gənclərin peşəkarinkişaf imkanları barədə ətraflı məlumat əldə ediblər. İnteraktivformatda keçirilən sessiyada gənclərə praktiki tövsiyələr və realiş mühiti ilə bağlı təcrübələr də bölüşülüb.

Təlimin əsas məqsədi təhsil tələbə kreditindən yararlanan tələbəvə məzunların karyera seçimlərinə daha şüurlu yanaşmalarına,peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmələrinə və əməkbazarının tələblərinə daha hazırlıqlı şəkildə daxil olmalarınadəstək göstərmək olub.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir vəAzərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi iləmüştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişiüçün – https://kbl.az/prgtk,Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Məqalədə:
Seçilən
19
19
az.trend.az

10Mənbələr