AZ

Zelenski Londonda yeni müdafiə sazişi üzrə danışıqlar aparacaq

London, 17 mart, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcək.

AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində ucuz hücum dronlarına qarşı mübarizəni hədəfləyən yeni müdafiə tərəfdaşlığı barədə razılıq əldə ediləcəyi gözlənilir.

Dauninq Stritdən bildirilib ki, yeni saziş Ukraynanın təcrübəsi ilə Böyük Britaniyanın sənaye bazasını birləşdirərək dronların və digər müdafiə imkanlarının istehsalını və tədarükünü gücləndirəcək. Saziş çərçivəsində Ukrayna ilə Böyük Britaniya müdafiə sənayesi sahəsində əməkdaşlığı üçüncü ölkələrlə də genişləndirməyi planlaşdırır. Bu addımın beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcəyi qeyd olunur. Britaniya, həmçinin Kiyevdə süni intellekt üzrə mükəmməllik mərkəzinin yaradılması üçün 500 min funt sterlinq ayıracaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
39
3
azertag.az

4Mənbələr