AZ

Hörmüzdə xalqımızı təhlükəyə ata bilmərik Kallas

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Heç kim Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Biz Amerika ilə müttəfiqik, amma onların son zamanlar atdıqları addımları tam başa düşmürük. Ərzaq, gübrə və enerji böhranının yaşanmaması üçün Hörmüzü açıq saxlamağa diplomatik yollar tapmalıyıq”, - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp NATO-ya ultimatum verərək bütün əsas NATO ölkələrindən Hörmüz boğazından keçən gəmiləri qorumaq üçün hərbi gəmilərini Fars körfəzi bölgəsinə göndərmələrini tələb edib. NATO ölkələri isə bu təklifə soyuq yanaşır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
axar.az

1Mənbələr