AZ

BDU da təlim: Fərdi potensialın kəşfi

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” təşkilatı və Karyera və məzunlarla iş mərkəzinin birgə təşəbbüsü ilə tələbələr üçün “Fərdi potensialın kəşfi” mövzusunda maarifləndirici təlim keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd tələbələrin şəxsi inkişafına dəstək göstərmək, peşəkar bacarıqlarının formalaşmasına töhfə vermək və karyera seçimində düzgün istiqamət müəyyənləşdirmələrinə kömək etməkdir.

Təlimçi, Karyera və məzunlarla iş mərkəzinin karyera planlaşdırılması üzrə məsləhətçisi Pərvanə Babayeva tələbələrə fərdi potensialın müəyyənləşdirilməsi yolları, effektiv karyera strategiyalarının qurulması barədə geniş məlumat verib. Tələbələri müasir əmək bazarının tələbləri, gənclərin rəqabətqabiliyyətli kadr kimi formalaşmasında zəruri olan kompetensiyalarla tanış edib, özünüinkişaf və davamlı öyrənmənin əhəmiyyətini vurğulayıb.

Sonra tələbələrlə müxtəlif psixoloji və motivasiyaedici testlər keçirilib, onların güclü tərəflərini daha yaxşı tanımalarına kömək edən praktiki tapşırıqlar yerinə yetirilib. İştirakçılar fərdi potensialın düzgün istiqamətləndirilməsinin karyera inkişafında oynadığı rol haqqında müzakirə aparıblar. Tələbələr qrup işlərində fəallıq göstərərək, komanda daxilində effektiv əməkdaşlıq, ünsiyyət və liderlik bacarıqlarının formalaşması ilə bağlı tapşırıqları yerinə yetiriblər. Bu, komanda işinin, düzgün kommunikasiya qurmağın vacibliyini daha dərindən anlamağa imkan yaradıb.

Təlimin sonunda tələbələrə karyera planlaşdırılması, şəxsi inkişaf strategiyalarının qurulması, motivasiyanın artırılması və peşə seçimi ilə bağlı faydalı tövsiyələr verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
azertag.az

1Mənbələr