AZ

Neymardan braziliyalıları şoka salan Ançelotti açıqlaması

Braziliya millisinin hücumçusu Neymar baş məşqçi Karlo Ançelottinin onu qarşıdakı yoldaşlıq oyunları üçün komandaya dəvət etməməsinə münasibət bildirib. Təcrübəli futbolçu bu qərardan məyus olsa da, ruhdan düşmədiyini nümayiş etdirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Neymar milli komanda ilə bağlı hədəflərini açıqlayarkən iddialı danışıb. O, əsas heyətə qayıtmaq üçün var qüvvəsi ilə çalışdığını vurğulayıb.

"Bu məsələni diqqətdən kənarda qoya bilmərəm. Əlbəttə ki, milli komandaya çağırılmadığım üçün məyusam və kədərliyəm. Lakin mən diqqətimi işimə yönəltməyə davam edirəm - günbəgün, məşqdən-məşqə, oyundan-oyuna. Hədəfimizə çatacağıq. Millinin yekun heyəti hələ qarşıdadır", - deyə Neymar bildirib.

Qeyd edək ki, Braziliya yığması növbəti yoldaşlıq görüşləri çərçivəsində martın 26-da Fransa, aprelin 1-də isə Xorvatiya seçmələri ilə qarşılaşacaq.

Milli.Az

Seçilən
3
2
milli.az

3Mənbələr