Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Göygöl rayonunda fəaliyyət göstərən Aşıq Şəmşir adına musiqi məktəbi və “Aşıq Şəmşir” mədəniyyət ocağı ictimai birliyinin təşkilatçılığı ilə ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 133-cü ildönümü münasibətilə onun büstü önündə anım tədbiri keçirilib.Modern.az xəbər verir ki, tədbirdə Göygöl rayon musiqi məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin zəngin yaradıcılığından geniş bəhs ediblər. Qeyd olunub ki, bütün dövrlərdə aşıq sənətinə, eləcə də Aşıq Şəmşir yaradıcılığına yüksək qiymət verilib, sənətkar müxtəlif dövlət təltiflərinə layiq görülüb.Bildirilib ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2003-cü ildə Aşıq Şəmşirin 115 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı musiqi məktəbinə onun adı verilib və büstü ucaldılıb. Bu diqqət və qayğı bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, sənətkarın 125 illik yubileyi də yüksək səviyyədə qeyd olunub.Həmçinin vurğulanıb ki, aşıq sənətinə göstərilən dövlət qayğısının bariz nümunəsi olaraq, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.Tədbirdə qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi və xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, Aşıq Şəmşirin doğma yurdu da azadlığa qovuşmuşdur. Gələcəkdə bu torpaqlarda sənətkarın adına saz-söz bayramlarının keçiriləcəyi vurğulanıb.
Sonda musiqi məktəbinin müəllim və şagirdləri tərəfindən Aşıq Şəmşirin şeirləri səsləndirilib, saz ifaları təqdim olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.