
İsrail Livanla razılaşma üçün şərt irəli sürüb
ABŞ-ın Al-Monitor nəşri İsrail mənbələrinə istinadən xəbər verir ki, İsrail Livan ilə hər hansı razılaşmaya yalnız Hizbullah hərəkatının hücumları dayandıracağı təqdirdə razılıq verəcək.
Məlumata görə, İsrail Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər ki, Hizbullahın İsrail ərazisinə zərbələri davam etdiyi müddətdə rəsmi Təl-Əvivin Beyrutla razılaşmaya getməsi mümkün deyil.
Bundan əvvəl Livan hakimiyyəti İsraillə birbaşa danışıqlara hazır olduğunu açıqlayıb. Emmanuel Macron isə Fransanın bu danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirmişdi.
Mənbələr qeyd edir ki, İsrail tərəfi ümumilikdə birbaşa danışıqlarda maraqlıdır, lakin real nəticənin əldə olunması üçün əsas şərt kimi Hizbullahın hücumlarının dayandırılması göstərilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta