Beynəlxalq miqyasda fəaliyyət göstərən insan hüquqları təşkilatı - Human Rights Watch (HWR) İranda klaster bombalarının İsrailə atılması ilə bağlı heç bir tənqid səsləndirməyib.
Bu barədə İsraildə yerləşən və beynəlxalq QHT-lərin fəaliyyətini izləyən tədqiqat və nəzarət qurumu “ikili standart” tətbiq edildiyini açıqlayıb. Təşkilatın prezidenti Gerald Steinberg bildirib ki, HRW yalnız Yəhudi dövlətini tənqid etmək üçün insan hüquqlarını önə çəkir və İrana münasibətdə səssiz qalır.
QHT.az xarici mediaya istinadən bildirir ki, bombalar partlayış zamanı kiçik bomblara ayrılır və mülki şəxslərə qarşı istifadə edildikdə geniş və qeyri-müəyyən zərər verir. HRW bu silahlara qarşı qlobal qadağa çağırışı etsə də, İranda onların istifadəsinə münasibət bildirməyib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Lt. Col. Nadav Shoshani isə İranın mülki əhalini hədəf aldığını və bunun müharibə cinayəti olduğunu vurğulayıb.
Son hadisələrdə cənub şəhəri Eilatdə iki mülki şəxs yüngül xəsarət alıb, mərkəzi İsrail şəhəri Yehudda isə klaster bombası iki nəfərin ölümünə səbəb olub, Or Yehuda şəhərində bir nəfər ciddi yaralanıb. Hüquqşünaslar bildirirlər ki, klaster silahlarından mülki əhalinin yaxınlığında istifadə beynəlxalq humanitar hüququ pozur, çünki partlamamış qalıqlar uzun müddət təhlükə yaradır.