AZ

ABŞ-li general məxfi sənədləri qatarda itirib

Ukraynaya Dəstək Koordinasiyası Komandanlığının rəhbəri təyin olunmuş ABŞ Silahlı Qüvvələrinin generalı Antonio Aquto məxfi sənədləri itirib, eləcə də Kiyevdə sərxoş vəziyyətdə görüntülənib.

News365.az-ın xəbərinə görə, bu barədə Pentaqonun Baş Müfəttiş İdarəsinin hesabatından məlum olub.

"Aquto ABŞ səfirinin təlimatlarına zidd olaraq məxfi materialları Ukraynaya aparırmış və nəticədə Almaniyaya qayıdışı zamanı sənədləri Polşada, Ukraynadan gəldiyi qatarda qoyub", - deyə materialda bildirilib.

Antonio Aquto ABŞ-nin Ukraynadakı səfirinin ABŞ dövlət katibi ilə təşkil etdiyi görüşdə, eləcə də iki ukraynalı generalla görüş zamanı sərxoş vəziyyətdə görüntülənib. Qeyd edilir ki, hadisə 13 may 2024-cü ildə hərbçi Ukraynada doqquz günlük səfərdə olarkən baş verib.

İki şahid danışıb ki, şam yeməyindən sonra Aquto sərxoş vəziyyətdə yıxılıb və öz otağında başının arxasını divara vurub. Eləcə də növbəti gün general alnında nəzərəçarpacaq bir izlə ortaya çıxıb. Daha sonra, ayın 20-də ABŞ Müdafiə Nazirliyinə onun davranışından şikayəti əks etdirən üç anonim mesaj göndərilib.

Seçilən
21
2
news365.az

3Mənbələr