AZ

Kəmaləddin Heydərovla Baba Vəziroğlu Alim Qasımov üçün yeni mahnılar hazırlayır

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Nəğməkar şair Baba Vəziroğlu yeni mahnılar üzərində işləyir. Sözləri şairə məxsus olan mahnıların musiqisi fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərova aiddir. 

Baba Vəziroğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu dəfəki layihələr Alim Qasımov ilə həyata keçiriləcək:

"Bu mahnılar məhz Alim Qasımov üçün yazılıb. O, mənim sözlərimə yazılmış mahnılara dəfələrlə müraciət edib. Lakin bu dəfə Kəmaləddin Heydərovun bəstəsi olan əsərləri ifa edəcək".

Şair qeyd edib ki, sözügedən mahnılar yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək. 

Qeyd edək ki, Xalq artisti, xanəndə Alim Qasımov bundan əvvəl bəstəkar Kəmaləddin Heydərov və Baba Vəziroğluna məxsus "İlahi" layihəsini təqdim edib. 

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
8
qaynarinfo.az

9Mənbələr