AZ

Laricani ölüm xəbərindən sonra paylaşım edib – FOTO

Ölüm xəbəri yayılan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sosial şəbəkədə paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, o, Hərbi Dəniz Qüvvələrinin həlak olmuş dənizçiləri ilə vida mərasimi ərəfəsində “X” sosial şəbəkəsində əl yazısı ilə məktub paylaşıb.

“Mərhəmətli və Rəhimli Allahın adı ilə! ‘Dena’ gəmisində İran İslam Respublikasının Ordusunun Hərbi Dəniz Qüvvələrinin qəhrəmanlarının şəhid olması bu dövrdə beynəlxalq zalımlara qarşı mübarizədə cəsur xalqımızın göstərdiyi fədakarlığın bir hissəsidir… Onların xatirəsi İran xalqının qəlbində əbədi yaşayacaq, bu qurbanlar isə uzun illər ərzində İran İslam Respublikasının ordusunun əsaslarını möhkəmləndirəcək.

Uca Allahdan bu əziz şəhidlərə yüksək məqamlar (cənnətdə) nəsib etməsini diləyirəm”, — məktubda qeyd olunur.//Ölkə.Az

Seçilən
49
4
nocomment.az

5Mənbələr