AZ

Qlobal Bakı Forumu dünyada gedən narahatedici proseslərin müzakirə olunduğu nadir platformalardandır - ŞƏRH

Bakı, 17 mart, AZƏRTAC

Dünyada nizam pozulub. Artıq proseslərə beynəlxalq hüquq yox, güc yön verir. Belə bir vaxtda fikir ayrılıqlarını aradan qaldırmaq və təhlükəsizlik naminə ortaq məxrəcə gəlmək vacibdir. XIII Qlobal Bakı Forumu da məhz bu mövzuya həsr olunmuşdu. Forumun verdiyi mesaj sadə idi: Dialoqun və diplomatiyanın imkanları hələ tükənməyib.

Bunu AZƏRTAC-a açıqlaması zamanı siyasi şərhçi Araz Balayev deyib.

A.Balayev qeyd edib ki, XIII Qlobal Bakı Forumu dünyada gedən narahatedici proseslərin müzakirə olunduğu nadir platformalardandır.

“Nəzərə alaq ki, burada dünya siyasətinə yön verən prezidentlər, Baş nazirlər, parlament spikerləri, tanınmış ictimai fiqurlar, diplomatlar iştirak edirdi. Bu şəxslər apardıqları müzakirələr zamanı keçid dövründən minimum zərərlə necə çıxmaq olar, təhlükəsizlik üçün hansı addımlar atmaq lazımdır, yeni dövürə necə hazırlanmalıyıq və sair məsələlərdə öz ideyalarını irəli sürürlər. Elə ölkələr var ki, onlar sadəcə öz təcrübələrini bölüşməklə təhdidlərin aradan qaldırılmasına töhfə verə bilər. Onlardan biri də Azərbaycandır. 30 il müharibə şəraitində yaşayan bir ölkə necə oldu ki, ərazi bütövlüyünü bərpa etdi və qısa müddətdə regionda sülhə nail oldu? Nəzərə alaq ki, uzun illər Cənubi Qafqaz barıt çəlləyini xatırladırdı. Qlobal güclər isə bu vəziyyətdən istifadə edib regionu nəzarətdə saxlamağa çalışırdı. İndi isə regiona qonşu ərazilərdə gedən müharibələr fonunda Cənubi Qafqazda sülh mühiti formalaşdırılıb. Təbii ki, bu böyük təcrübədir və Azərbaycan bu təcrübəsini forum iştirakçıları ilə bölüşür. Qlobal Bakı Forumunun önəmi məhz bir-birinin təcrübəsini öyrənməkdən ibarətdir”, - deyə siyasi şərhçi qeyd edib.

Seçilən
22
1
azertag.az

2Mənbələr