AZ

Kameralar sönəndən sonra Hollivud ulduzlarının əsl üzü Fotolar

ain.az, Axsham.az saytına istinadən bildirir.

Dünyanın ən nüfuzlu kino mükafatlarından olan "Oskar"ın təqdimetmə mərasimində iştirak edən məşhurlar tənqid edilib.

Axşam.az xəbər verir ki, buna səbəb 98-ci mükafatlandırma gecəsindən sonra zalda çəkilən görüntülər olub.

Mərasimdən sonra çəkilən kadrlarda oturacaqların üzərində plastik butulkalar, popkorn qutuları, stəkanlar və müxtəlif qida qablarının atıldığıyer alıb. 

Şəkli “Next Best Picture” nəşrinin jurnalisti Mett Neqlia “X” platformasında paylaşıb. Sözügedən paylaşım qısa müddətdə təxminən 10 milyona yaxın baxış toplayıb.

Belə ki, mərasim zamanı ənənəvi olaraq qonaqlara kiçik qəlyanaltı paketləri təqdim olunub. Məhz bu qablaşdırmaların zaldakı vəziyyətə səbəb olduğu bildirilir. Sosial şəbəkə istifadəçiləri Hollivud ulduzlarını ikiüzlülükdə ittiham edərək, onların ekoloji məsələlərə dair çıxışları ilə bu görüntülər arasında ziddiyyət olduğunu vurğulayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
axsam.az

3Mənbələr