AZ

“Barselona”nın yetirməsi “Neftçi”nin baş məşqçisinin “QARA SİYAHI”sına düşdü

«Neftçi»nin daha bir legioneri Yuri Vernidubun «qara siyahı»sına düşüb.

Biz hazırda Mustafa Sekdən danışırıq.

Baş məşqçi ağ-qara formayla ikinci mövsümünü keçirən seneqallı müdafiəçini çox sərt formada «tənqid atəşi»nə tutub.

Ukraynalı çalışdırıcı bunu üzbəüz söhbətdə yox, kollektivdaxili toplantıda dilə gətirib.

O. Vaxtilə «Roma»nın formasını geyinmiş afrikalını qeyri-sabit çıxışına görə möhkəm danlayıb, ötən oyunlarda yol verdiyi səhvləri sadalayıb.

Bildirib ki, onun etdiyi fərdi xətalar komandaya baha başa gəlir. Vernidub bu kimi halların təkrarlanacağı halda, Sekə «ehtiyatda əyləşəcəksən» xəbərdarlığı edib.

“Barselona” akademiyasının yetirməsi olan Mustafa ilk peşəkar təcrübəsini Türkiyənin aşağı liqalarında toplayıb.

Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynayan 30 yaşlı seneqallı “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb.

Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub. Bakılılar 2024-cü ilin avqustunda onunla 3 illik müqavilə bağlayıb.

SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr