AZ

Tarixin 17 martı...

Tarixin vərəqlərində bu gün 17 martdayıq.

Hit.az bildirir ki, bu gün də bir çox tarixi hadisələrlə əlamətdardır.

Mühüm tarixi proseslərlə yanaşı, görkəmli şəxslərin bir qismi bu tarixdə dünyaya gözlərini açıb, bir qismi isə gözlərini əbədi yumublar. Beləliklə, tarixin 17 martına nəzər salırıq...

17 martda nələr baş verib?
1969-cu ildə Qolda Meir İsrailin ilk qadın baş naziri seçilib. 2020-ci ildə Barbados, Qambiya və Monteneqroda ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.  

17 martda doğulanlar:
1809-cu ildə şair Molla Vəli Vidadi, 1905-ci ildə yazıçı Mikayıl Rzaquluzadə, 1862-ci ildə fransız rəssam Şarl Laval, 1896-cı ildə İran kraliçası Tacülmüluk, 1945-ci ildə iranlı müğənni Humeyra, 1976-cı ildə uruqvaylı futbolçu Alvaro Rekoba, 1986-cı ildə ingilis müğənni Mayls Keyn və 1989-cu ildə yapon futbolçu Şinci Kaqava dünyaya gəlib.

17 martda vəfat edənlər:
1995-ci ildə Milli Qəhrəman Arif Qədiməliyev, Milli Qəhrəman Dilqəm Nağıyev, Milli Qəhrəman Xanoğlan Məmmədov, Milli Qəhrəman Novruz Qurbanov, Milli Qəhrəman Roman Yusifov və Milli Qəhrəman Samir Zülfüqarov şəhid olub. 
1919-cu ildə aktyor Hüseyn Ərəblinski, 1940-cı ildə ədib-filosof Əli bəy Hüseynzadə, 1989-cu ildə yazıçı Fərman Kərimzadə vəfat edib.

Pərviz

Seçilən
37
hit.az

1Mənbələr