Footbal-plus saytına istinadən ain.az xəbər verir.
Ayxan Abbasovun “Sumqayıt”la oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlər, təbii ki, ölkə idman mediasının gündəmini zəbt etdi. Əvvəlcə “Şamaxı”nın baş məşqçisini dinləyək:
“Bir çox klub rəhbəri artıq getməlidi. Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdı. Nə qədər məşqçi dəyişəcək? Tək məsələ məşqçi deyil. Bir çox mütəxəssis var, komandanı saxlayır, amma rəhbərliyin etdiyi yanlış transferlər problem yaradır. Bizim problemimiz təkcə məşqçi deyil. Gərək yerli məşqçilər də özlərinə dəstək olsun, bir-birinin arxasınca danışmasın”.
Ayxan bəy indiyə qədər “Zirə”, “Sumqayıt” və “Turan Tovuz”u çalışdırıb, indi də “Şamaxı”nın baş məşqçisidi. 44 yaşlı mütəxəssis “Zirə”də və “Sumqayıt”da avrokuboklar görüb. Kiçik büdcə ilə uğurlu nəticələr qazanmağı bacarıb. “Turan Tovuz”da da qazanacağına şübhə yox idi. Amma Abbasov işlədiyi dönəmdə “Turan Tovuz”un indiki iddiaya və büdcəyə malik deyildi. Hazırda mövsümün sonuna 9 tur qalıb, Tovuz klubunun prezidenti hələ də “çempion olacağıq” deyir. Ayxan Abbasovun vaxtında belə deyildi.Yazının məqsədi başqadı. Ayxan Abbasov bu fikirləri səsləndirəndə hansı klub rəhbərlərini nəzərdə tutur? Nəticə qazana bilməyən, əcnəbi mütəxəssis gətirənləri. Yəni?Elə “Sumqayıt”ın özü. Dörd mövsüm əvvəl Aleksey Baqa ilə “yola çıxdılar”. Bir neçə tur keçməmişdi ki, Samir Abasov gətirildi, komandanı toparladı, bir mövsüm sonra avrokuboklara çıxardı. Abasov “Neftçi”yə gedəndən sonra komandanı mövsümün sonuna qədər Vaqif Cavadov və Şahin Abdullayev (2 tur) çalışdırdı. Ötən ilin iyulunda Saşa İliç “sükan arxasına” keçdi. Komanda ötən mövsümü 8-ci yerdə bitirdi. İndi isə “Sumqayıt” 7-ci pillədədi. Azarkeşlər artıq klub prezidenti Riad Rəfiyevin əlindən “cana doyub”, hətta “Şamaxı”ya məğlubiyyətin ardından “istefa” şüarları səsləndi.“Turan Tovuz” ötən mövsüm avrokuboklara getməyə çox yaxın oldu. Son anda baş verən ssenari isə öz əlində deyildi – kubokun finalının favoriti “Qarabağ” “Sabah”a uduzdu. Bu mövsüm Tovuz təmsilçisi nə qədər yaxşı olsa da, avrokuboklara qatılması rəsmiləşməyib. Kim bilir, bəlkə də Ehtiram Quliyevi deyir? Amma inandırıcı deyil. Çünki elitada öz cibindən futbola yatırım edən yeganə iş adamı məhz Ehtiram Quliyevdi.“Neftçi”? “Neftçi” rəhbərliyinə eyham vurur? Ola bilər? Niyə də yox?! Son illərdə tez-tez baş məşqçi dəyişən, yerlilərdən yalnız Samir Abasova şans verən, ancaq əcnəbilərlə işləyən və nəticə verməyən klub “Neftçi”di. Pul var, nəticə yoxdu.Nəzərə alaq ki, Ayxan Abbasov təkcə “Şamaxı”nın yox, həm də əsas yığmanın baş məşqçisidi. Bəlkə də daha çox ona görə mütəxəssisin problemlər haqda dedikləri bu qədər gündəm yaradır. Düz deyirmi? Düz deyir.MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.