ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin Ombudsmana əlçatanlığının təmin edilməsi və hüquqlarının daha etibarlı müdafiəsinin təşkili məqsədilə yeni təşəbbüs irəli sürülüb.
Gununsesi.info xəbər verir ki, təklifə əsasən, həmin şəxslərə qanunvericiliklə müəyyən edilmiş telefonla danışmaq hüquqları ilə yanaşı, Ombudsmanın Çağrı Mərkəzi ilə əlaqə saxlamaları üçün əlavə telefon danışığı hüququnun verilməsi planlaşdırılır.
Qeyd olunur ki, bu addım məhkumların hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsinə və Ombudsman institutuna müraciət imkanlarının daha da asanlaşdırılmasına xidmət edəcək.
Xatırladaq ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.
Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.
Orxan
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.