AZ

İraq İranla tankerlərin Hörmüz boğazından keçməsi ilə bağlı müzakirələr aparır

İraq və İran tankerlərin təhlükəsiz keçidini müzakirə edir.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, İraqın neft naziri Hiyan Əbdül Qəni əl-Süveydinin sözlərinə görə, Bağdad və İran İraq tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçməsini müzakirə edir.

Nazir qeyd edib ki, “biz bir neçə İraq neft tankerinin keçidini təmin etmək üçün İranla əməkdaşlıq edirik”.

Agentlik xatırladıb ki, İraq OPEC ölkələri arasında ABŞ-İsrail müharibəsindən sonra hasilatı azaldan ilk ölkələrdən biri olub. Belə ki, gündəlik neft istehsalı əvvəlki 4,3 milyon bareldən təxminən 1,2 milyon barelə düşüb.

Qeyd olunub ki, "Financial Times" daha əvvəl Fars körfəzi ölkələrinin Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazının bağlanması səbəbindən milyonlarla barel neft tədarükünün dayandığını və bunun nəticəsində təxminən 15,1 milyard dollar gəlir itkisi yaşandığını bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
54
redaktor.az

1Mənbələr