AZ

Bitcoin yenidən bahalaşdı Son qiymət

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çərşənbə axşamı səhər saatlarında "Bitcoin"in məzənnəsində artım müşahidə edilib. Onun dəyəri təqribən altı həftəlik fasilədən sonra yenidən 76 min dollara çatıb.

Oxu.Az xəbər verir ki, bu, birjaların ticarət göstəricilərində əksini tapır.

20-dən artıq birjanın orta statistik göstəricilərini təhlil edən "Coinmarketcap" portalının məlumatına əsasən, ötən sutka ərzində "Bitcoinin" dəyəri 0.64% bahalaşaraq 74 302.36 dollar təşkil edib. Ticarət dövriyyəsinə görə dünyanın ən böyük kriptobirjası hesab edilən "Binance" platformasında isə bu rəqəm 0.62% artım göstərərək 74 300 dollar səviyyəsində qərarlaşıb.

Çərşənbə axşamı qeydə alınan 76 min dollarlıq qiymət həddi isə "Bitcoin" üçün fevralın 4-ü tarixindən bu yana müşahidə edilən ən yüksək göstərici olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
oxu.az

1Mənbələr