AZ

“Onlar Premyer Liqanın ən zəif komandalarından biridir”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager İngiltərə Premyer Liqasının 30-cu turunda “Tottenhem”lə keçirilən və 1:1 hesabı ilə başa çatan matçdan sonra “qırmızılar”ın oyununu kəskin tənqid edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu nəticənin mersisaydlıların Premyer Liqa vasitəsilə UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şanslarına ciddi zərbə vurduğunu bildirib:

“Liverpul” xüsusilə, müdafiədə çox zəif təsir bağışlayır. Bu, Çempionlar Liqasına vəsiqə baxımından komanda üçün tam fəlakətdir.

Onlar faktiki olaraq “Tottenhem”in yaxşı komanda kimi görünməsinə kömək etdilər.

“Liverpul”un müdafiədəki oyunu sadəcə dəhşətli idi. “Tottenhem”ə hörmətlə yanaşıram, amma son bir neçə ayda bu, Premyer Liqanın ən zəif komandalarından biridir.

Belə rəqiblə oynamaq, xüsusilə də, öz meydanında, yaxşı futbol göstərmək üçün ideal fürsət olur”.

Sabiq futbolçu problemlərin qismən yay transferləri ilə bağlı olduğunu da vurğulayıb.

Onun sözlərinə görə, komandada topa sahib olanda oynamaq istəyən, ancaq müdafiədə və pressinqdə işləməyə həvəsi olmayan futbolçular çoxdur:

“Komandaya gələn bəzi futbolçular yalnız top olanda oynamaq istəyirlər.

Onlar meydanda çox işləmək və rəqib üçün oyunu çətinləşdirmək istəmirlər. Buna görə də, bu “Liverpul”a qarşı oynamaq bu qədər asandır”.

Seçilən
12
sportinfo.az

1Mənbələr