AZ

Çoxuşaqlı ailələrə sosial dəstək nə dərəcədə effektiv olacaq? DEPUTAT AÇIQLADI

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda çoxuşaqlı ailələrə sosial dəstəyin genişləndirilməsi üçün yeni təşəbbüs irəli sürülüb. Təklifə görə, artıq üç və daha çox uşağı olan ailələr də aylıq müavinət almaq imkanına sahib ola bilər və valideynlər üçün erkən pensiya imkanı da nəzərdə tutulur. Məqsəd, həm ailələrin maliyyə yükünü azaltmaq, həm də demoqrafik azalmanı yavaşlatmaqdır. Bəs, bu təşəbbüs gerçəkdən sosial müdafiə və demoqrafik siyasət üçün nə dərəcədə effektiv ola bilər? Bu təşəbbüs hansı ailələri əhatə edə bilər?Məsələ ilə bağlı deputat Aydın Mirzəzadə SİA-ya açıqlamasında bildirib ki, bu demoqrafik vəziyyəti normal səviyyədə saxlamaq üçün həmin ailələrə aylıq müəyyən bir müavinətin verilməsi yaxşı olardı:

“Müavinət orta yaşayış səviyyəsinə uyğun olaraq hesablana bilər.

Eyni zamanda digər güzəştlər də nəzərə alına bilər: ananın vaxtından əvvəl pensiyaya çıxması və yaxud da ataya məzuniyyətin bir həftə–on gün artıq verilməsi. Hətta ipoteka ilə mənzil almaq üçün güzəştlər də tətbiq oluna bilər.

Hər halda, bu məsələ geniş müzakirə olunmalıdır. Çünki bunun arxasında müəyyən bir maliyyə yükü durur və bu, hesablanmalıdır. Bu büdcəyə nə qədər başa gələr, büdcədə bu imkanlar varmı və yaxud da ilkin olaraq hansı addımlar atmaq olar — bunlar da aydınlaşdırılmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
sia.az

2Mənbələr