Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bankların kredit faizlərində artım müşahidə edilir.
Belə ki, ən aşağı göstərici Bakıda 14,47% təşkil etdiyi halda, ən yüksək pay Dağlıq Şirvan iqtisadi rayonunda 20,30% olub. Ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, bütün iqtisadi rayonlarda artım qeydə alınıb. Xüsusilə Şərqi Zəngəzur iqtisadi rayonunda göstərici 16,43%-dən 19,46%-yə yüksələrək ən nəzərəçarpan artımlardan birini göstərib.
Ümumilikdə, regionlar üzrə kredit qoyuluşunda ən yüksək pay Dağlıq Şirvan (20,30%), Şirvan-Salyan (20,12%) və Mərkəzi Aran (19,97%) iqtisadi rayonlarında, ən aşağı göstəricilər isə Bakı (14,47%), Naxçıvan (15,48%) və Abşeron-Xızı (16,90%) iqtisadi rayonlarında müşahidə olunub. Kredit faizlərində artım davam edəcəkmi və bölgələrdə kredit faizlərinin paytaxtdan üstün olmasının səbəbi nədir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, faiz artımı davam edəcək:

“Bu, bütövlükdə kredit riski, yəni əhalinin ödəniş qabiliyyətinin azalması ilə bağlıdır. Risk artdıqca, faiz də artır. Regionlarda da bu risk daha çoxdur.
Çünki orada insanların gəliri daha azdır. Orada girov qoyulan daşınmaz əmlakı hərracda satmaq xeyli çətindir, nəinki Bakıda”.
O qeyd edib ki, həmçinin rayonlarda məhkəmə işini aparmaq üçün Bakıdan hüquqşünas getməlidir:
“Çünki bank filiallarında hüquqşünas bir qayda olaraq yoxdur. Bütün bunları nəzərə alaraq bölgələrdə faizlər yüksəkdir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.