AZ

Tehran valisi 12 minə yaxın binanın bombardmandan zərər gördüyünü bildirib

Bakı, 17 mart, AZƏRTAC

ABŞ və İsrailin son raket və dron hücumları Tehranın cənubundakı Cavadiyə və Bəryanek ərazilərini hədəf alıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, hücumlar nəticəsində Cavadiyədə 3 bina tamamilə dağılıb və ətraf ərazilərdəki bir çox evə ciddi ziyan dəyib. Hücumun şahidləri eyni ailədən 5 nəfərin öldüyünü, 1 nəfərin isə xəsarət alaraq xəstəxanaya aparıldığını bildiriblər. Evləri zədələnmiş iranlılar gecələmək üçün yer axtarır, əşyalarını xilas etməyə çalışırlar. Bundan əlavə, ərazidə yeni tikilmiş bir binada evinin divarı uçmuş bir ailənin divarı brezentlə örtməyə çalışdığı görülüb. Dağıntıların təmizlənməsi işləri hələ başlamayıb, bu ərazidə evləri zədələnmiş insanlara əşyalarını çıxarmasına icazə verilir.

Bəryanek rayonunda bir bina tamamilə dağılıb, yeddi bina istifadəyə yararsız hala düşüb. Cavadiyədə olduğu kimi, bu ərazidə də evləri zədələnən iranlılar əşyalarını xilas etməyə çalışırlar.

Qeyd olunur ki, ABŞ və İsrailin hücumları nəticəsində İranın paytaxtında təqribən 12 min ev qismən və ya tamamilə zərər görüb. İranın “Mehr” xəbər agentliyinin məlumatına görə, Tehran valisi Məhəmməd Sadiq Mütamədian şəhərə vurulan ziyan barədə məlumat verib. O bildirib: “Tehranda müharibə səbəbindən 12 min bina qismən və ya tamamilə zərər görüb. Vali evlərinə ziyan dəyən vətəndaşların bələdiyyəyə müraciət etməli olduqlarını bildirərək əlavə edib ki, sakinlərə dəyən maddi ziyan kompensasiya ediləcək.

Seçilən
10
2
azertag.az

3Mənbələr