AZ

İki ayda pambıq ixracı 45%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 41 milyon 70 min ABŞ dolları dəyərində pambıq ixrac edib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,5% çoxdur. Ötən ilin yanvar–fevral aylarında pambıq ixracının dəyəri 28 milyon 423 min ABŞ dolları təşkil etmişdi.

Hesabat dövründə ölkəyə idxal olunan pambığın dəyəri isə 1 milyon 962 min ABŞ dolları olub. Bu isə 2024-cü ilə nisbətən 19% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 1,12%-ni, idxal isə ümumi idxalın 0.08%-ni təşkil edib.

Seçilən
52
4
apa.az

5Mənbələr