AZ

Azərbaycana elektrikli avtomobil idxalı 34% azalıb

BAKI, 17 mart. TELEQRAF

Cari ilin yanvar-fevral aylarında Azərbaycana 5 milyon 91.98 min ABŞ dolları dəyərində 204 elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal edilib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici miqdar ifadəsində 34%, dəyər ifadəsində isə 57.9% azdır.

Ötən ilin müvafiq dövründə isə Azərbaycana 12 milyon 83.99 min dollar dəyərində 309 elektrikli avtomobil idxal edilib.

2026-cı ilin ilk iki ayında ölkəyə ümumilikdə 267 milyon 388.80 min dollar dəyərində 11 933 ədəd avtomobil idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu avtomobillərin idxalı miqdar ifadəsində 28.8%, dəyər ifadəsində isə 7.5% azalıb.

Seçilən
1
teleqraf.com

1Mənbələr