İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehrana genişmiqyaslı zərbələr endirir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, paytaxtdakı infrastrukturun sıradan çıxarılması üçün yeni zərbə dalğası başlayıb.
Qeyd edək ki, ötən gün İsrail Ordusu tərəfindən İranın əsas şəhərləri, Tehran, Təbriz və Şiraza genişmiqyaslı hava hücumları həyata keçirilib.
Aytac Əliyeva
Telegram kanalımız