AZ

IDEA könüllülərinin iştirakı ilə Tovuzda və Goranboyda 2000-dən çox ağac əkilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyatakeçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyasının 2026-cıilin yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyaları Tovuz vəGoranboy rayonlarında təşkil edilib.

Trend xəbərverir ki, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə Tovuzvə Goranboy rayonlarında ümumilikdə 2000-dən çox ağac əkilib.Əkilən ağaclar arasında Arizona sərvi, cökə, palıd, göyrüş, Eldarşamı və həmişəyaşıl sərv kimi növlər yer alıb.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və TəbiiSərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən“Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl marafon”) əsasməqsədi yaşıllıq sahələrini artırmaq, ağacəkmə ənənəsini təşviqetmək, ətraf mühitin mühafizəsinə, ölkəmizin florabiomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunmasıilə bağlı maarifləndirməyə töhfə verməkdir.

“Yaşıl marafon” çərçivəsində ötən ilin payız və 2026-cı ilin yazəkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrəümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
Məqalədə:
Seçilən
6
40
az.trend.az

10Mənbələr