Bakı. Trend:
"Real" onları məmnun edən təklif alarsa, Eduardo Kamavinqa iləbu yay yollarını ayırmağa hazırdır.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, "kral klubu" Fransa yığmasınınüzvünü satmağı planlaşdırır.
23 yaşlı yarımmüdafiəçi mövsümü zədələrlə yadda qalıb: o, LaLiqanın 20 oyunundan yalnız 12-sində start heyətində yer alıb.
Premyer Liqanın ən yaxşı klubları Kamavinqa ilə maraqlanır və“Real” onu ən azı 50 milyon avroya buraxacaq.
Kamavinqa “Renn”in yetirməsidir. O, 2021-ci ildə bu klubdanİspaniya nəhənginə keçmişdi. Futbolçunun “Real”la müqavilə müddəti2029-cu il iyunun 30-na qədərdir.