AZ

Azərbaycana investisiya qoyuluşunun məbləği açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycana birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6.4% və ya 450 milyon 921 min ABŞ dolları azdır.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycana yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 7 milyard 46 milyon 217 min ABŞ dolları təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 2 milyard 528 milyon 104 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 43,4% və ya 765 milyon 414 ABŞ dollar çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
23
banco.az

1Mənbələr