AZ

Şəhidimiz Tacəddin İsmayılzadənin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tacəddin İsmayılzadə 1996-cı il martın 17-də Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 9-da ağır yaralanaraq tibb müəssisəsinə yerləşdirilib. Tacəddin İsmayılzadə 2021-ci il fevralın 12-də müalicə aldığı tibb müəssisəsində koma vəziyyətinin 128-ci günündə şəhidlik zirvəsinə ucalıb.

Tacəddin İsmayılzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
14
qht.az

1Mənbələr