AZ

Region yeni və təhlükəli müharibə ilə üz-üzə – İsrailin ŞOK PLANI BUDUR

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda İsrailin İran rəsmilərinə qarşı mümkün hədəfli əməliyyatlar həyata keçirməsi ilə bağlı iddialar regionda təhlükəsizlik balansını yenidən gündəmə gətirib. Ekspertlər hesab edir ki, bu cür addımlar təkcə iki ölkə arasında münasibətləri daha da kəskinləşdirmir, həm də genişmiqyaslı qarşıdurma riskini artıraraq bölgədə yeni münaqişə mərhələsinin başlanmasına səbəb ola bilər. Belə olan halda, İsrailin bu strategiyası regionu açıq müharibəyə nə dərəcədə yaxınlaşdırır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, müharibənin ilk günlərindən həyata keçirilən hərbi əməliyyatlar göstərir ki, İsrail tərəfi İranda hərbi-strateji obyektlərin vurulması ilə paralel olaraq, ölkənin hərbi-siyasi elitasını hədəf alan xüsusi əməliyyatlar da həyata keçirir.

politoloq

Onun sözlərinə görə, İranın bu cür əməliyyatlara adekvat cavab olaraq eyni tip hədəfli zərbələr endirməsi ehtimalı aşağıdır:

“Düşünmürəm ki, İran tərəfi bu əməliyyatlara qarşı hər hansı effektiv hədəfli addımlar ata bilsin. Ona görə də İranın verə biləcəyi ciddi cavab variantları məhduddur”.

İsrailin həyata keçirdiyi dəqiq zərbələr nəticəsində təkcə yüksək vəzifəli şəxslər deyil, həm də orta səviyyəli məmurlar hədəfə alınır. Bu cür əməliyyatların davamlı xarakter alması onu deməyə əsas verir ki, proses münaqişə başa çatana qədər davam edə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
4
1
konkret.az

2Mənbələr