AZ

NATO-nun İranda hərbi əməliyyata başlamasına ehtimal azdır

NATO-nun İranda genişmiqyaslı hərbi əməliyyata başlaması hazırda az ehtimallı hesab olunur.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" yüksək səviyyəli Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, alyans daxilində bu məsələ ilə bağlı tam həmrəylik və yekdil mövqe yoxdur. Üstəlik, ABŞ tərəfindən NATO-ya belə bir əməliyyata qoşulmaq üçün rəsmi müraciət də edilməyib.

Rəsmilər bildiriblər ki, bəzi üzv ölkələri bu cür hərbi əməliyyata cəlb etmək mümkün olmayacaq. Onların fikrincə, İrandakı mümkün qarşıdurmaya məcburi şəkildə qoşulmaq NATO-nun birbaşa məsuliyyət sahəsinə daxil deyil.

Aytəkin TOFİQQIZI

Seçilən
28
1
redaktor.az

2Mənbələr