AZ

“Kudos” yarışında Novruz bayramının milli mənəvi dəyərləri təbliğ edilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə agentliyin əməkdaşları arasında Novruz bayramına həsr olunmuş “Kudos” intellektual-əyləncəli yarışı keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarışın keçirilməsində məqsəd agentliyin əməkdaşları arasında korporativ əlaqələrin genişləndirilməsi, sağlam rəqabət mühitinin yaradılması, intellektual potensialın və komanda ruhunun inkişaf etdirilməsi, əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsi, həmçinin Novruz bayramının milli-mənəvi dəyərlərinin təbliği olub.

Yarışda AQTA əməkdaşlarından formalaşdırılmış 17 komanda iştirak edib. Yekunda qaliblər qiymətli hədiyyələr və təltiflərlə mükafatlandırılıblar.

AQTA-nın Həmkarlar Komitəsi tərəfindən bu kimi tədbirlərin daimi olaraq keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
azertag.az

1Mənbələr