AZ

Beynəlxalq qaydaları pozan pişik: Lui hər gün sərhədi necə keçir?

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Serri şəhərində yaşayan Lui adlı pişik mütəmadi olaraq ABŞ sərhədini qanunsuz keçməsi ilə gündəmə gəlib.

Ölkə.az xəbər verir ki, bu barədə "CTV" telekanalı məlumat yayıb.

Məlumata görə, pişik sərhəd xətti boyunca yerləşən xəndəyin üzərindən tullanaraq ABŞ ərazisinə keçir. Bildirilir ki, Lui təkcə sərhədi keçməklə kifayətlənmir, həm də Amerika tərəfdən siçan və ilan gətirərək sanki “qaçaqmalçılıq” edir.

Materialda qeyd olunur ki, beynəlxalq qaydalara məhəl qoymayan pişik yerli sakinlər arasında əfsanəyə çevrilib və internetdə də məşhurlaşıb. Lui demək olar ki, hər gün iki ölkəni ayıran kiçik xəndəyin üzərindən tullanaraq sərhədi keçir.

Pişiyin sahibi Deb Teyt bildirib ki, Lui bu hərəkətləri ilə sanki öz cəsarətini nümayiş etdirir.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
olke.az

2Mənbələr