AZ

Tale Heydərovun 1 milyonunu ələ keçirən məşhur iş adamı həbs edildi

Tale Heydərovun 1 milyonunu ələ keçirən məşhur iş adamı həbs edildi

“AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

Tanınmış şirkət rəhbərindən şikayətçi isə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İttihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirib.

Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddə ilə yekun ittiham verilib.

Səfərəliyev özünü təqsirli bilmir, o, ilkin ifadələrində zərərçəkmiş şəxsi aldatmadığını deyib.

Seçilən
71
30
afn.az

10Mənbələr