AZ

Cənubi afrikalı mütəxəssis dünya rekorduna imza atıb

Cənubi afrikalı mütəxəssis Jomo Sono unikal nailiyyətə imza atıb.

İdman.Biz xəbər verir ki, o, “Jomo Kosmos” klubuna 32 il fasiləsiz rəhbərlik etməklə mütləq dünya rekordu müəyyənləşdirib.

70 yaşlı mütəxəssis həm klubun sahibi, həm də baş məşqçisi kimi fəaliyyət göstərir. O, 1994-cü ildə komandanın adını öz şərəfinə dəyişib.

Qeyd edək ki, “Jomo Kosmos” 1983-cü ildə Yohannesburqda yaradılıb və uzun illərdir Cənubi Afrika futbolunda tanınan klublardan biri hesab olunur.

İdman.Biz
Seçilən
0
1
idman.biz

2Mənbələr