AZ

Anar Əliyev: Aqrar istiqamətdə peşə hazırlığı genişləndirilir

BAKI, 17 mart. TELEQRAF

Nazirlik tərəfindən aqrar istiqamət üzrə 30-dan çox peşə hazırlığı kursu təklif olunur.

Teleqraf xəbər verir ki, bunu bu gün Cəlilabadda keçirilən Aqrar Biznes Festivalında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O bildirib ki, aqrar sektorda məşğul əhalinin peşə bacarıqlarının inkişafı, işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili məşğulluq sahəsində həyata keçirilən tədbirlərin prioritet istiqamətlərindən birini təşkil edir.

Aqrar sahəyə aid 128 peşə və kvalifikasiya standartları hazırlanmışdır. Bu standartlar beynəlxalq əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanmasına və bacarıqlarının artırılmasına, habelə işəgötürənlər üçün ixisaslı işçi qüvvəsinin seçiminə xidmət edir.

“Kənd təsərrüfatı sahəsində çalışan şəxslərin peşə bilik və bacarıqlarının artırılması, habelə işsiz və işaxtaran şəxslərin aqrar istiqamət üzrə yeni peşə səriştələrinə yiyələnməsi məqsədilə Nazirlik tərəfindən 30-dan çox peşə hazırlığı kursu təklif olunur”, - deyə nazir diqqətə çatdırıb.

Seçilən
13
3
teleqraf.com

4Mənbələr