AZ

Mətbuat Şurası Billurə Hacızadəni təltif etdi - FOTO

Mətbuat Şurası Billurə Hacızadəni təltif etdi - FOTO

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə 50 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub.

Təltifetmə mərasimində Billurə Hacızadənin uzun illər media sahəsində səmərəli fəaliyyəti, dövlət qurumu ilə media arasında əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələr və mətbuat katibi kimi peşəkar fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd olunub ki, Billurə Hacızadə uzun illərdir media ilə qurum arasında operativ və səmərəli kommunikasiya mühitinin formalaşmasına mühüm töhfə verir, jurnalistlərlə konstruktiv əməkdaşlığın qurulmasında və ictimaiyyətin düzgün məlumatlandırılmasında fəal rol oynayır.

Mətbuat Şurasının sədri Rəşad Məcid və digər iştirakçılar yubilyarı təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Seçilən
44
8
afn.az

9Mənbələr