AZ

Nazir: "Başına 10 milyon dollar qoyduğumuz Laricanini havayı öldürdük"

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini öldürüb. Onunla yanaşı, “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani və onun müavini də həlak olub.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Estoniyanın xarici işlər naziri ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə,İsrail ordusu İranın yüksək vəzifəli şəxslərinə zərbə endirməklə rejimin terror fəaliyyətinə qarşı ciddi addımlar atıb.

Saar qeyd edib ki, İranda azadlıq istəyən xalqa qarşı repressiyaların başında duran bu şəxslərin öldürülməsindən sonra indi iranlılar daha təhlükəsiz şəraitindədirlər:

“Əli Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, amma bunu havayı etdik”.

Xatırladaq ki, bu gün İsrail tərəfi Laricaninin öldürüldüyü xəbərini yayıb. İran tərəfi məsələyə rəsmi münasibət bildirməyib.

Xəzər 

"Cebheinfo.az"

Seçilən
36
13
cebheinfo.az

10Mənbələr