AZ

Aİ hələlik ABŞ təşəbbüsü ilə qurulan “Sülh Şurasını” legitim təşkilat saymır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) hələlik ABŞ-ın təşəbbüsü ilə Qəzza sektorunun idarəsi üçün yaradılmış “Sülh Şurası”nı legitim bir qurum kimi qəbul etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ-nin Aralıq Dənizi məsələləri üzrə komissarı Dubravka Şuica 19 fevralda Vaşinqtonda təşkilatın iclasında AB-ni təmsil edərkən bildirib.

“Sülh Şurasının iclasına Avropa Komissiyasının sədri Ursula fon der Lyayen dəvət almışdı və mən onu təmsil edirdim. Bu, Şuranı legitimləşdirdiyimiz anlamına gəlmir. Biz sadəcə müşahidəçi kimi iştirak edirdik”, - deyə Şuica bildirib.

O əlavə edib ki, Aİ-nin mövqeyinə Şuranın bir sıra məsələləri, xüsusilə onun qaydaları və fəaliyyət sahəsi uyğun gəlmir. Fevral iclasında Aİ-nin “təmtəraqsız və nəzakət” naminə iştirak etdiyini də vurğulayıb.

Şuica həmçinin təşkilatın etibarlılığına şübhə ilə yanaşdığını bildirib: “Onun etibarlı olub-olmadığını demək çətindir. O vaxt əsas məsələ Qəzzanın bərpası idi və mən düşünürəm ki, Yaxın Şərqdə vəziyyət necə olursa-olsun, Qəzzanı unutmamalıyıq. Anklavdakı vəziyyət hələ də kritikdir və daha da ağırlaşıb”, - deyib.

Aİ komissarı gələcəkdə Sülh Şurasının iclaslarında iştirakın mümkünsüz olmadığını, bu barədə qərarın hər bir konkret halda ayrıca veriləcəyini qeyd edib.

Fevral ayında Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye Brüsseldəki brifinqdə ABŞ-ın Sülh Şurasının qlobal roluna dair fikirlərini Aİ-nin dəstəkləmədiyini və iştirakın yalnız Qəzza sektoru ilə bağlı məsələlərlə məhdud olacağını açıqlamışdı.

Qeyd edək ki, 22 yanvarda 19 ölkənin nümayəndəsi Davosdakı Dünya İqtisadi Forumunda Qəzza sektorunda sülhün təmin olunması üçün yaradılmış Sülh Şurasının Nizamnaməsini imzalayıb. Vaşinqtondan verilən açıqlamada təşkilata digər ölkələrin də qoşulduğu bildirilib. Şura İsrail ilə radikal Fələstin Hərəkatı HƏMAS arasında razılaşmaya əsasən Qəzzanın idarəsi üçün yaradılıb, lakin gələcəkdə digər regionlarda konfliktlərin qarşısının alınması və həlli ilə də məşğul olacağı nəzərdə tutulur.

Bizimrol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
icma.az

1Mənbələr