AZ

Bayramov və Sikorski regional təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Polşanın baş nazir müavini, xarici işlər naziri Radoslav Sikorski telefon danışığı zamanı Yaxın Şərq və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Far.Az-in Polşa Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, söhbət zamanı R.Sikorski martın əvvəlində İran tərəfindən Azərbaycan ərazisinə dron hücumunu qınayıb və bunun beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Nazirlər regiondakı gərginliyin mümkün siyasi və iqtisadi təsirlərini də müzakirə ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Polşa tərəfi İran ərazisindən öz diplomat və vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Bakıya təşəkkürünü bildirib.

Danışıq zamanı iki ölkə arasında siyasi, iqtisadi, alternativ enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin geniş olduğu qeyd edilib, qarşılıqlı səfərlərin və siyasi dialoqun artırılmasının vacibliyi vurğulanıb.

Seçilən
15
far.az

1Mənbələr