AZ

Gecə vaxtı ruh kimi yolayrıcına girən sürücü qəza şəraiti yaratdı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Nizami rayonu, Rizvan Teymurov və Qəsr küçələrinin kəsişməsində kobud qayda pozan sürücü kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında baş verib.

Videodan görünür ki, 99-OA-077 dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobilin sürücüsü baş yoldan gələn maşına məhəl qoymayaraq yolayrıcına daxil olub və nəticədə görüntünü qeydə alan maşına qəza şəraiti yaradıb.

Qeyd edək ki, qanunvericiliyə görə, yolayrıcında “Yol ver” nişanı varsa, sürücü baş yoldan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Bu qayda həm təhlükəsizliyi təmin edir, həm də qəza riskini minimuma endirir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
avtosfer.az

1Mənbələr