AZ

10 ən böyük iqtisadiyyat... Onların enerji balansı necədir?

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni dərc olunmuş infografikada dünyanın iqtisadi cəhətdən inkişaf edən 10 ən böyük ölkəsinin enerji istehlakının əsas mənbələri göstərilib. Təqdim olunmuş bu məlumatlar 2025-ci il üçün hazırlanan "Dünya Energetikasının Statistik İcmalı"na əsaslanır.

Reyting.az-ın məlumatına görə, hesabatda 2026-cı ildə dünya ölkələri statistikasında ciddi dəyişikliklər gözə çarpmayıb.

Araşdırmalara görə, neft hələ də altı ölkədə əsas enerji mənbəyidir. ABŞ, Almaniya, Yaponiya, İtaliya, Böyük Britaniya kimi ölkələrdə isə bu günə qədər neft strateji, ən önəmli məhsul statusunda qalmaqla, nəqliyyatda və sənayedə xüsusi mühüm rol oynayır. Bu göstəricilərə əsasən ən yüksək neft asılılığı olan İtaliyadır ki, bu ölkənin enerjisinin təxminən 46 faizi ancaq neftdən gəlir.

Statistikaya görə, kömür bu dövlətlərin sırasında yer tutan, həm də əhalisi çox olan iki böyük ölkənin - Çin və Hindistanın enerji balansında daha çox üstünlük təşkil edir. Çin Xalq Respublikasında enerji istehlakının 58 faizi, Hindistanda isə təxminən 59 faizi kömürün payına düşür.

Son illərdə bəzi ölkələr atom enerjisi və hidroenerjiyə üstünlük verirlər. Avropanın ən çox inkişaf etmiş ölkələrindən biri sayılan Fransada isə enerjinin 46 faizdən çoxu atom enerjisindən əldə edilir. Fransadan daha fərqli davranan Kanadada isə ölkənin hidroenerji payı təxminən 10 faizdən çoxdur. Üstəlik, enerji balansı neft ilə qaz nisbəti arasında balanslı şəkildə qorunur.

Yeni infoqrafikada xüsusi qeyd edilir ki, Rusiya Federasiyası bu qrupda bərpa olunan enerji üzrə ən az paya malik ölkədir - cəmi 0,2 faiz. Ekspertlərə görə, bu göstəricilər Rusiyanın bir ölkə kimi böyük fosil yanacaq ehtiyatlarından, eləcə də bu ölkə üçün strateji əhəmiyyət daşıyan təbii qazdan yüksək asılılığı ilə bağlıdır.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
reyting.az

1Mənbələr