AZ

Taleh Qaraşov Milli Qəhrəmanın abidəsini ziyarət edib FOTOLAR

ain.az bildirir, Unikal.az portalına istinadən.

Dövlətin ərazi bütövlüyü, suveren hüquqlarımızın bərpası, torpaqlarımızın azadlığı, sərhədlərimizin toxunulmazlığı və konstitusiya quruluşunun dəyişdirilməsinə qarşı mübarizədə canını fəda edən qəhrəman Vətən övladlarının xatirəsinin əziz tutulması daim Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) diqqət mərkəzindədir. 

"Unikal" xəbər verir ki, martın 17-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov  Milli Qəhrəman Əliyev Əsgər Ələkbər oğlunun anım günündə abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb. 

Taleh Qaraşov şəhid atası ilə yaxından söhbət edib,  dövlətimizin hər zaman onların yanında olduğunu qeyd edib. İcra başçısı bildirib ki, dövlət və dövlətçiliyimizin müdafiə uğrunda canından keçən hər kəsin xatirəsinə hörmət və ehtiramın göstərilməsi mənəvi borcumuzdur. 

Milli Qəhrəmanın atası Ələkbər Əliyev də şəhidlərimizə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Bildirilib ki, dövlət hər zaman onların yanında olub, bütün problem və qayğıları daim diqqətdə saxlanılıb. Milli Qəhrəmanın atası bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını vurğulayıb.

Daha sonra Milli Qəhrəmanın anım gününə həsr olunan Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Torpağa düşdüm bu gənc yaşımda” mövzusunda bədii-kompozisiya keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
unikal.az

1Mənbələr