AZ

“Turan Tovuz”un qapıçısı Tacikistan millisində

Bakı, 17 mart, AZƏRTAC

“Turan Tovuz” komandasının qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, qolkiper 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək görüş üçün heyətə cəlb olunub.

Tacikistan seçməsi toplanışa martın 23-də Düşənbədə başlayacaq.

A qrupunda təşkil olunacaq altıncı turun oyunu martın 31-də keçiriləcək.

Seçilən
44
3
azertag.az

4Mənbələr