AZ

Aİ nin çevik reaksiya qrupu Ermənistana səfər edəcək

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu barədə “Azatutyun” rəsmi sənədlərə istinadla məlumat yayıb. Bildirilib ki, qrup 9–14 nəfərdən ibarət olacaq və Ermənistanda 10–15 gün fəaliyyət göstərəcək. Missiya Ermənistan Baş naziri Administrasiyası və Təhlükəsizlik Şurasına kiberhücumlar və xarici informasiya manipulyasiyaları zamanı böhranların idarə olunması üzrə plan və prosedurların hazırlanmasında dəstək verəcək. Məlumata görə, Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da bu dəstəkdən yararlanacaq. Aİ hesab edir ki, Ermənistan parlament seçkiləri ərəfəsində demokratik institutlara və ictimai etimada yönəlmiş intensiv hibrid təhdidlərlə üzləşib. Bu təhdidlərə xarici informasiya manipulyasiyası, kibertəhdidlər və seçki prosesinə qanunsuz maliyyə müdaxiləsi daxildir. Avropa Şurası tərəfindən təsdiqlənmiş sənəddə qeyd olunur ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində bu təhdidlərin daha da güclənməsi ehtimalı var. Sənəddə Ermənistanın ötən ilin noyabrında Aİ-yə müraciət etdiyi, qurumun müvafiq qrupunun isə yanvarda ölkəyə səfər etdiyi bildirilir. Həmin səfər Ermənistanın hibrid təhdidlərə qarşı həssaslığı barədə ilkin qiymətləndirmə aparmağa imkan verib. Aİ-nin ali nümayəndəsi Kaya Kallas daha əvvəl Ermənistanın qarşıdan gələn seçkilər ərəfəsində xarici müdaxiləyə qarşı mübarizə üçün Brüsselə müraciət etdiyini açıqlayıb. Aİ bu məqsədlə 12 milyon avro ayırmağa hazır olduğunu bəyan edib. Vəsaitin xarici informasiya manipulyasiyası ilə mübarizə və kibertəhlükəsizliyin gücləndirilməsinə yönəldilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
azvision.az

1Mənbələr