ain.az bildirir, Cebheinfo portalına istinadən.
Elm adamları Yerdən təxminən 35 işıq ili uzaqlıqda yeni bir planetin mövcud ola biləcəyini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, astronomlar ərimiş lavdan ibarət bir planetin aşkarlanmasını təsdiqləyiblər. Bu, elm dünyası üçün yeni bir “duru planet” kateqoriyasının mövcudluğunu göstərən maraqlı hadisədir.
L98-59d adlı bu uzaq planet Yerdən təxminən 1,6 dəfə böyükdür və beş işıq ili uzaqlıqda yerləşən kiçik, qırmızı bir ulduzun ətrafında fırlanır. Əvvəlcə alimlər bu planetdə dərin bir su hövzəsinin mövcud ola biləcəyini düşünürdülər. Lakin son analizlər onun daha əvvəl məlum olan planetlərdən fərqli olduğunu ortaya qoyub.
Oxford Universitetinin astrofiziki Dr. Harrison Nikols açıqlamasında “Bəhməz kimidir, bu planetin nüvəsi də əriyə bilər”, - deyə qeyd edib. Beləliklə, L98-59d-nin strukturu elmi baxımdan olduqca maraqlıdır.
Planetin ətrafındakı digər planetlər və aparılan tədqiqatlar göstərir ki, burada həyatın mövcud olması mümkün deyil. Səth temperaturu 1.900°C-yə qədər yüksələ bilər və atmosferi hidrogen sulfidlə zəngindir, yəni havası çürük yumurta qoxusuna malikdir.
Əlavə olaraq, inkişaf etmiş kompüter simulyasiyaları vasitəsilə aparılan son araşdırmalar planetin tarixçəsini ortaya qoyub. Məlum olub ki, L98-59d-nin səthi altında minlərlə kilometr uzanan qlobal magma okeanı mövcuddur.
Dr. Nikols vurğulayıb ki, bəzi planetlər “yaşanıla bilən” adlandırılsa da, əslində həyat üçün əlverişli olmaya bilər:
“Bu ərimiş planetin həyat üçün əlverişli olması ehtimalı çox azdır. Amma bu, Günəş sistemi xaricindəki dünyaların nə qədər müxtəlif olduğunu göstərir. O zaman sual yaranır ki, kəşf olunmağı gözləyən başqa hansı növ planetlər mövcuddur?”
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.