AZ

Səs qeydləri sızdırıldı: Müctəba Xameneini ölümdən saniyələr xilas edibmiş – FOTO

İranın yeni dini lideri Müctəba Xameneinin 28 fevralda ABŞ və İsrailin Tehrana hücumundan saniyələrlə xilas olduğu ortaya çıxıb.

Ölkə.Az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

İddialara görə, Xameneinin evi 28 fevral yerli vaxtla saat 09:32-də İsrail tərəfindən atılan "Mavi Sərçə" ballistik raketlərinin hədəfinə çevrilib.

“The Telegraph”ın əldə etdiyi sızdırılmış səs yazılarına görə, Müctəba Xamenei raketlər evinə dəyməzdən bir neçə saniyə əvvəl "nəsə etmək üçün" həyətə çıxıb.
Sızdırılmış səs qeydlərində Əli Xameneinin ofisinin protokol rəhbəri Məzahir Hüseyninin bu sözləri dediyi eşidilir: "Allahın təqdiri ilə Müctəbanın bir şey etmək üçün həyətə çıxmalı və sonra qayıtmalı idi. O, həmin vaxt çöldə idi və pilləkənlərlə qalxmaq üzrəykən binaya raket dəydi. Həyat yoldaşı Həddad yerindəcə şəhid oldu”.

Xameneinin yalnız "yüngül ayaq zədəsi" aldığını bildirən Hüseyni, kompleksin içərisindəki bir neçə nöqtəyə eyni vaxtda hücumların edildiyini deyib.
Hüseyni bu hücumlar vasitəsilə məqsədin bütün Xamenei ailəsini məhv etmək olduğunu vurğulayaraq deyib: "Bu şeytanlar kompleksin içərisində bir neçə fərqli nöqtəni hədəf aldılar. Onlardan biri dini liderin yerləşdiyi yer idi. Üç raket həmin nöqtəyə dəydi".

Hüseyni Müctəbanın qardaşı Mustafa Xamenei və həyat yoldaşının hücumdan sağ çıxdığını bildirsə də, Müctəba Xameneinin aşağıdakı mərtəbədə yaşayan qayını Misbah əl-Huda Bakiri Kaninin öldürüldüyünü vurğulayıb.

Misbah əl-Huda Bakiri Kaninin ölümünə səbəb olan hücumla bağlı Hüseyni deyib: "Raket o qədər güclü idi ki, aşağı mərtəbəyə enərək Misbahın otağına çatdı. Ona elə dəydi ki, başını iki yerə böldü”.

Hücumda ölənlər arasında İnqilab Keşikçiləri Komandanı Məhəmməd Pakpur, İranın Müdafiə naziri Əziz Nəsrzadə və Əli Xamenei də var idi.

Billurə

Seçilən
53
1
olke.az

2Mənbələr