AZ

Füzulidə məktəbdə Novruz konserti keçirilib

Yazını böyüt
Yazını kiçilt

Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə geniş bayram konserti keçirilib.

Hafta.az xəbər verir ki, ilaxır çərşənbə günü təşkil olunan tədbirdə Kurmanqazi Uşaq Yaradıcılıq Kollektivinin üzvləri proqramla çıxış ediblər.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, şəhər sakinləri də iştirak ediblər. Konsert proqramında milli rəqslər təqdim olunub, xalq və bəstəkar mahnıları səsləndirilib. Uşaqların ifaları alqışlarla qarşılanıb.

Eyni zamanda, Novruz adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub, milli-mənəvi dəyərlər əyani şəkildə təqdim edilib.

Seçilən
33
3
hafta.az

4Mənbələr