AZ

Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən məlumat verilib.

Uzun illərdən sonra doğma yurdlarına qayıdan Ağdam sakinləri martın 17-də rəsmi şəxslər və ictimaiyyət nümayəndələrinin də qatıldığı bu bayram tədbirində böyük qürur hissi ilə iştirak ediblər.

Yarmarkada bölgəyə xas olan Qarabağ kətəsi, müxtəlif şirniyyatlar və yerli sakinlərin əl işləri sərgilənib. Eyni zamanda proqram çərçivəsində musiqili çıxışlar, xalq oyunları və Novruz ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub. Axşam saatlarında isə Novruz tonqalı qalanıb.

Seçilən
64
4
aznews.az

6Mənbələr